Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter”in Albaniyanın “Laçi” klubu ilə keçirəcəyi hər iki görüşün başlama saatı açıqlanıb.
Korner.az-ın məlumatına görə, “bankirlər”in “Laçi” ilə Albaniyadakı qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Bir həftə sonra Bakıda baş tutacaq cavab matçı isə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, ilk görüş iyulun 2-də, cavab matçı isə iyulun 9-da keçiriləcək.
