“İnter” klubunun hansı tarixdən “Keşlə” adını daşıyacağı rəsmən
bəlli olub
Bunu Peşəkar Futbol Liqasının
prezidenti Ramin Musayev açıqlayıb. Onun
sözlərinə görə paytaxt təmsilçisi quruma məsələ ilə
bağlı rəsmi müraciət edib. Musayev həmçinin, “İnter”in ölkə çempionatının növbəti
turuna yeni adla çıxacağını bildirib: “İnter” bizə rəsmi müraciət edib. Lazım
olan sənədlər artıq bu gün bizə daxil oldu. Komandanın “Keşlə” adlanması ayın
28-də rəsmən elan olunacaq”.
Qeyd edək ki, “İnter” Premyer Liqanın X turunda oktyabrın 28-də
“Kəpəz”lə qarşılaşacaq.
Apasport.az
