“İnter” Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Atletik”lə keçirəcəyi oyun üçün hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, “bankirlər iyulun 30-da “Atletik”lə baş tutacağı oyundan iki gün öncə İspaniyaya yollanacaq.
Zaur Svanadzenin rəhbərlik etdiyi komanda iyulun 28-də İspaniyaya yollanacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşmaya iyulun 30-u Bakı vaxtı ilə 23:45-də (yerli vaxtla saat 20:45-də) start veriləcək.
