Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” klubunun ilk yoxlama oyunun vaxtı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi ilk matçını Almaniyanın “Verder” klubunun əvəzedici komandasına qarşı keçirəcək.
Qarşılaşma yanvarın 13-ü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Bu barədə Almaniya klubunun saytı məlumat yayıb.
