Tiflisdə təlim-məşq toplanışında olan "İnter" çempionat oyunlarına hazırlıqları davam etdirir. Korner.az-ın məlumatına görə, komandanın sonuncu məşqində Azərbaycan yığmasının sərəncamında olan Vladimir Levin, Nizami Hacıyev, Arif Daşdəmirov və Azərbaycanın U-21 millisinin düşərgəsində olan Abdulla Abatsiyevdən başqa bütün futbolçular qatılıblar.
İstirahətdən yenicə dönən Brüs Abdullaye və Peter Zlatinov məşqlərə qatılanlar sırasındadır. Hər 2 futbolçu fərdi qayda üzrə çalışıb. Onlar əsasən qaçış və yüngül isinmə hərəkətləri ilə məşğul olublar
Qeyd edək ki, paytaxt təmsilçisi bu gün “Spartak” (Sxinvali) klubu ilə qarşılaşacaq.
