Topaz Premyer Liqanın 34-cü turunda “Xəzər Lənkəran”la keçirilən görüşdə zədələnən “İnter”in futbolçusu İlkin Qırtımovun durumuna aydınlıq gəlib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tibbi müayinədən keçən futbolçunun həyatı üçün təhlükə olmadığı müəyyənləşib.
Ötən günü xəstəxanada keçirən İlkin Qırtımovun bu gün evə buraxılacağı və müalicəsini ambulator şəraitdə davam etdirəcəyi gözlənilir.
