“İnter”in futbolçusundan yeni rekord
19.02.2024 , 17:06

“İnter”in hücumçusu Lautaro Martinez yeni rekorda imza atıb.
Korner.az xəbər verir ki, ulduz oyunçu bunu A seriyasının 25-ci turunda “Salernitana” ilə görüşdə fərqlənməklə bacarıb.
Bu, onun İtaliya çempionatında cari mövsümdə vurduğu 20-ci qol olub.
