“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov bu il 3 gözəl qolla fərqlənə bildi. Futbolçu çempionat oyununda uzaq məsafədən “Xəzər-Lənkəran”ın (2:3) qapısından qol keçirdi, bundan başqa, AZAL ilə (1:1) yoldaşlıq matçında vurduğu qol da gözəl alındı, A.Məmmədov son möhtəşəm qoluna “Bakı” ilə (1:2) ötən tur keçirilən qarşılaşmada imza atdı.
