“İnter”in futbolçusu uzun müddət sıradan çıxdı
11.03.2025 , 19:41

“İnter”in futbolçusu Pyotr Zelinski zədələnib.
Korner.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Montsa” ilə görüşdə baldır əzələsindən xəsarət alıb.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə, oyunçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
