İtaliyanın “İnter” klubunda oynayan Dodo karyerasını digər italyan klubu “Sampdoriya“da davam etdirəcək.
Korner.az-ın məlumatına görə, bu barədə yerli mətbuatın “GianlucaDiMarzio.com” saytı məlumat yayıb.
Mənbədə deyilir ki, hər iki klub futbolçunun keçidi ilə bağlı razılıq əldə edib. Yaxın günlərdə Milan təmsilçisinin bu keçidi rəsmən bəyan edəcəyi gözlənilir.
Dodo bu mövsüm Seria A-da bir matça belə çıxmayıb.
