“İnter”in hücumçusu Mauro İkardi yeni mövsümdən karyerasını Fransada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, argentinalı hücumçu PSJ-nin maraq dairəsinə düşüb.
İtaliya mətbuatının yazdığına görə, parislilər 23 yaşlı forvard üçün 40 milyon avro ödəməyə hazırdır. Onun Paris klubundan ayrılacaq Zlatan İbrahimoviçi əvəzləyəcəyi gözlənilir.
