“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “İnter”in futbolçusu Gabi Mudinqayi oyunöncəsi öz fikrilərini bildirib.
Korner.az– ın məlumatına görə, Milan klubunun yarımmüdafiəçisi artıq “Neftçi” ilə oyunu düşündüklərini deyib.
“Fiorentina”ya qarşı matçda ən yaxşı oyunumuzu göstərdik. Keçən həftə 3-4-1-2 sistemini yaxşı anlaya bilməmişdik. Amma bu dəfə məşqçimizin bizə nə demək istədiyini başa düşdük. Bundan sonra hər kəs əsl “İnter”i görəcək. İndi fikrimizdə yalnız “Neftçi” ilə Bakıdakı matç var. Biz bu qarşılaşmaya da qələbə qazanmaq üçün çıxacağıq. Əsas yaxşı oynamaqdır. Azərbaycan klubu ilə oyuna kimi heç problemimizin olmayacağına ümid edirəm. Avroliqada da uğur qazanmaq istəyirik. Bazar günü Milan derbisində yorğun olacağımızı düşünmürəm. Stramaççoni bilir bizi necə hazırlamaq lazımdır. Özümə gəlincə, həmişə öz üzərimdə işləyirəm ki, hər bir oyuna tam hazır olum”.
Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu oktyabrın 4-də 22:00-da “Tofiq Bəhramov” adına Respublika stadionunda baş tutacaq.
