Dünən "İnter"in futbolçuları, klubun məşqçliləri və inzibati heyəti Dünya Çempionatının təsnifat mərhələsi çərçivəsində baş tutmuş Azərbaycan-İsrail qarşılaşmasını izləyiblər.
Korner.az-ın məlumatına görə, "Bomond Garden" otelinin konfrans zalında bir araya gələn "İnter"in üzvləri matçı televiziya vasitəsi ilə canlı seyr edərək, 90 dəqiqə yığmamıza azarkeşlik ediblər.
Xatırladaq ki, Azərbaycan-İsrail qarşılaşması 1:1 hesablı heç-heçə ilə başa çatıb.
