Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək "İnter" klubu iştirak ərizəsini UEFA-ya göndərib.
Korner.az-ın məlumatına görə, baş məşqçi Zaur Svanadze siyahıda 22 futbolçuya yer verib.
22 futbolçudan 3-ü qapıçı, 8-i müdafiəçi, 7-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.
Qapıçılar: 1.Georgi Lomaya, 25.Səlahət Ağayev, 96.Elşən Poladov
Müdafiəçilər: 2.Sertan Taşkın, 3.Xuanfran, 4.Laşa Kasradze, 5.Denis Silva Kruz, 18.Mənsur Nəhavəndi, 30.Abbas Hüseynov
Yarımmüdafiəçilər: 6.Slavço Georgievski, 7.Nika Kvekveskiri, 8.Nizami Hacıyev, 13.Mirsahib Abbasov, 19.Mirhüseyn Seyidov, 24.Fuad Bayramov, 39.Elnur Süleymanov
Hücumçular: 9.Sezar Meza Kolli, 11.Rauf Əliyev, 20.Yuri Fomenko, 27.Dieqo Madriqal, 45.İlkin Sadıqov, 99.Bilal Qəmbərov.
Qeyd edək ki, “İnter” iyulun 2-də səfərdə Albaniya təmsilçisi "Laçi"nin qonağı oalcaq. Mövcud qaydalara əsasən təmsilçimiz ilk oyunun start fitinə 24 saat qalmışa qədər əlavə 1 futbolçu da sifariş edə bilər.
