“Hər bir məşqçi 1:4 hesablı məğlub olduğu oyunu və qırmızı vərəqə aldıqları epizodu şərh edərkən təndiq obyektinə çevrilir. Oyun ərzində müəyyən anlar oldu ki, dəyişiklik edə bilərdim. Lakin 10 nəfərlə qalmağımız işimizi çətinləşdirdi”.
Korner.az-ın məlumatına görə , bu sözləri “Qarabağ”ın Avroliqadaki rəqibi “olan İnter” klubunun baş məşqçisi Valter Mazzari İtaliya A Seriyasının son turunda məğlub olduqları “Kalyari” ilə görüşdən (1:4) sonra deyib.
Heyətdə səhvə yol verdiyini etiraf edən təcrübəli mütəxəssis:
“Təəssüf ki, Naqomoto ilk qolda səhv etdi. O, əsəbi idi. Daha sonra isə qırmızı vərəqə almaqla komandanı çətin vəziyyətdə qoydu. Heyətdə səhvə yol verdim. Müasir futbolda fiziki hazırlığın əsas komponent olduğunu düşünmürəm. Bu bizə bir dərs oldu. Ümid edirəm ki, futbolçular bu məğlubiyyətdən nəticə çıxaracaqlar. Artıq onlarla söhbət etmişəm. Bu matçı unudub, Avropa Liqasında qarşılaşacağımız “Qarabağ”la oyuna qədər toparlanmalıyıq”, – fikirlərini səsləndirib.
