UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakının “İnter” klubunun Finlandiyanın “Mariehamn” komandası ilə keçirəcəyi matçın yeri məlum olub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “İnter” iyulun 4-də Finlandiya təmsilçisini “Bayıl Arena” stadionunda qəbul edəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü isə bir həftə sonra Finlandiyada baş tutacaq.