Avropa Liqasının III təsnifat mərhələsinin ilk qarşılaşmaları çərçivəsinin ilk qarşılaşmaları çərçivəsində Azərbaycanın “İnter” və İspaniyanın “Atletik” klubları arasında keçiriləcək matçın vaxtı açıqlanıb.
Korner.az-ın məlumatına görə, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Rəsmi saytda verilən məlumata görə,matç “San Mames” stadionunda keçiriləcək. Oyun iyulun 30-da, yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) start götürəcək.
Oyunun biletləri ayın 29-dan satışa çıxarılacaq.
