“İnStat Football” şirkəti “İnter” futbolçularının fiziki fəallığı haqqında məlumatları mediya ilə bölüşüb.
Korner.az-ın məlumatına görə, Premyer Liqanın 2-ci turunun “Qarabağ” – “İnter” (0:0) oyununda bu komandanın futbolçuları 109,9 kilometr məsafə qət ediblər.
Bu matçda “bankirlər”in heyətində ən çox məsafə qət edən futbolçu:
1. Derlis Meza Kolli – 11531 m.
2. Mikel Alvaro – 11053 m.
3. Məhəmməd Mirzəbəyov – 10757 m.
4. Abdulla Abatsiyev – 10510 m.
5. Yohan Bokonyano – 9646 m.
