Futbol üzrə İtaliya çempionatında 6-cı turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “İnter” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Fiorentina” ilə qarşılaşıb. Oyun qonaqların 0:3 hesablı darmadağını ilə başa çatıb.
Qeyd edək ki, “İnter” hazırda 8 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
