“İnter”dən “Yuventus”a?
22.12.2025 , 15:45
“İnter”in yarımmüdafiəçisi Davide Frattesi ilə bağlı maraqlı transfer xəbərləri yayılıb.
Korner.az xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində “Yuventus” maraqlıdır və
Turin klubu Frattesini qış transfer pəncərəsində heyətinə qatmaq istəyir, lakin “İnter” onun üçün təxminən 30 milyon avro qiymət tələb edir.
Futbolçu həmçinin “Roma”, “Napoli” və İngiltərə Premyer Liqası klublarının da transfer hədəfindədir.