“İnter”dən yeni transfer
15.08.2021 , 15:36

“İnter” heyətinə yeni futbolçu qatıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Milan təmsilçisi PSV-dən Denzel Damfrisi transfer edib. 25 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Damfris 2018-ci ildən PSV-də çıxış edirdi.
