“İnter”dən yeni transfer
03.02.2026 , 15:45
“İnter” transfer çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, Milan təmsilçisi B Seriyası klubu “Modena”dan Yanis Massolinini heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Razılaşmaya əsasən, futbolçu bu mövsümün sonunadək icarə əsasında “Modena”da qalacaq və yalnız yay transfer pəncərəsində “İnter”ə qoşulacaq.
Qeyd edək ki, Yanis Massolini cari mövsümdə İtaliya B Seriyasında 14 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.