“İnter”dən “Real”a?
02.06.2025 , 20:30

“İnter”in yarımmüdafiəçisi Nikolo Barella karyerasını İspaniyada davam etdirə bilər.
Korner.az xəbər verir ki, futbolçunun xidmətində “Real” maraqlıdır.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Madrid nəhəngi 28 yaşlı futbolçunu Modriçin əvəzləyicisi olaraq görür.
İtaliyalı oyunçunun “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədər qüvvədədir.
