İtaliya A Seriasında mübarizə aparan “İnter” “Çelsi”nin baş məşqçisi Antoniyo Konteni komandanın başına gətirmək istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda İtaliya mediası xəbər yayıb.
Bildirilir ki, İtaliya təmsilçisi Konteyə illik 15 milyon avro təklif göndərməyə hazırlaşır.
Xatırladaq ki, italyan məşqçinin çalışdırdığı “Çelsi” klubu İngiltərə Premyer Liqasında 59 xalla vahid liderdir və ən yaxın izləyicisi “Tottenhem”i 9 xal qabaqlayır.
