“İnter”dən iki yeni transfer
13.02.2024 , 23:45

“İnter” iki transfer üçün hazırlaşır.
Korner.az xəbər verir ki, klub Mehdi Taremi və Piotr Zielinski ilə razılığa gəlib.
Bu barədə Fabrizio Romano məlumat yayıb.
Xəbərdə, İtaliya nəhəngi iranlı forvardını tezliklə tibbi müayinədən keçirəcəyi bildirilib. 31 yaşlı oyunçu ilə 2,5 illik müqavilə bağlayacaq.
Zielinski isə yayda azad agent kimi “İnter”ə keçəcək.
