“İnter”dən getdiyini açıqladı
09.06.2025 , 14:17

“İnter”lə müqaviləsi başa çatan Marko Arnautoviç komandadan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə avstriyalı hücumçu sosial media hesabında paylaşım edib.
36 yaşlı forvard paylaşımında Milan təmsilçisindən getdiyini bildirib.
O, İtaliya klubunun heyətində 28 rəsmi matçda meydana çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
