“İnter”dən gedəcək
26.02.2024 , 15:48

“İnter”i. müdafiəçisi Denzel Dümfrisi komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, 27 yaşlı oyunçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Onunla “Mançester Yunayted” yaxından maraqlanır.
Dümfris bu mövsüm “İnter”in heyətində 24 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
