Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasındakı ölkə çempionatında XXIII turun başa çatmasından sonra fasilə yaranıb.
Korner.az-ın məlumatına görə, fasilədən sonra “İnter”in baş məşqçisi Tofiq Mustafayev yetirmələrinə bir neçə günlük istirahət vermişdi.
Daha sonra bir araya gələn komanda "Şəfa" stadionunda məşqlərə başlamışdı. "İnter"in əvəzedici heyəti yoxlama görüşündə də qüvvəsini sınayıb. Birinci dəstə təmsilçisi "Şuşa" ilə keçirilən oyun bu komandanın 7:0 hesablı qələbəsilə başa çatıb.
"İnter"in heyətində Nurxan Mənsimzadə və Zeynal Hacıyev hərəyə iki qol vurdular, rəqibin qapısından diqər topları isə Sərtan Taşkın, Elnur Süleymanov və Qaraxan Əliyev keçiriblər.
Tofiq Mustayevin komandası çempionatda yaranmış fasilə zamanı daha bir yoxlama görüşünün keçirilməsini planlaşdırır.
