“İnter”dən 2 yeni transfer
24.04.2024 , 15:44

“İnter” iki yeni transferi tamamlayıb.
Korner.az xəbər verir ki, klub “Porto”da çıxış edən Mehdi Taremi və “Napoli”dən Piotr Zielinski ilə öncədən müqavilə imzalayıb.
Hər iki futbolçu “İnter”ə azad agent olaraq keçəcək.
İranlı hücumçu Taremi bu mövsüm “Porto”nun heyətində 30 matçda 8 qol və 5 məhsuldar ötürmə, polşalı yarımmüdafiəçi Piotr Zielinski isə bu mövsüm “Napoli” ilə 35 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
