“İnter”dən 15 milyonluq təklif
18.07.2023 , 10:25

“İnter”in Alvaron Morata israrı davam edir.
Korner.az-ın məlumatına görə, Milan təmsilçisi növbəti təklifini “Atletiko”ya (Madrid) göndərib. “İnter” ispaniyalı forvard üçün 15 milyon avro təklif edib və qarşı tərəfdən cavab gözləyir.
Tərəflər arasında məsələyə bir həftə ərzində yekun vurulmalıdı.
