“İnter”də zədələr: Açerbi və Çalhanoğlu sıradan çıxdı
11.12.2025 , 22:15
İtaliyanın “İnter” klubu ciddi itkilərlə üzləşib.
Korner.az xəbər verir ki, Milan təmsilçisinin müdafiəçisi Françesko Açerbi və yarımmüdafiəçisi Hakan Çalhanoğlu zədələnib. Hər iki futbolçu UEFA Çempionlar Liqasının 6-cı turunda “Liverpul”la matçda xəsarət alıb.
Açerbinin zədəsi ciddi hesab olunur və o, təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq. Hakan Çalhanoğlu isə həftəsonu A Seriyasında “Cenoa” ilə oyunda iştirak etməyəcək.
Türkiyəli yarımmüdafiəçi dekabrın 14-də İtaliya Superkubokunun “Bolonya” qarşılaşmasında komandaya qayıda biləcək.