“İnter”də yeni prezident – 27 yaşlı çinli
27.10.2018 , 10:37

İtaliyanın “İnter” klubunun prezidenti dəyişib
Milan təmsilçisinin yeni rəhbəri Stiven Chan olub.
Çinli iş adamı bu vəzifədə indoneziyalı Erik Tohiri əvəzləyib. Chan “İnter”in 21-ci prezidenti olub.
27 yaşlı Chan “İnter”in əsas səhimdarı “Suning Holdings Group”un sahibi Çjan Tszindunun oğludur.
Qeyd edək ki, “İnter” İtaliya A Seriyasında 9 turdan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb.
