İtalyanın “İnter” klubu daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Korner.az-ın məlumatına görə, Milan təmsilçisi Mateo Kovaçiçlə olan müqaviləni daha iki il uzadıb.
Gənc futbolçu 2019-cu ilə qədər İtaliyada top qovacaq. Kovaçiç ilinə 2 milyon avro qazanacaq.
