Avropa Liqasında ölkəmizi təmsil edəcək “İnter” daha bir futbolçunun keçidini həll edib.
Korner.az-ın məlumatına görə, Bank klubu sabiq üzvü Slavço Georgiyevskini yenidən komandaya qaytarıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, daha öncə “İnter” Mirhüseyn Seyidov və Yuri Fomenkonu heyətinə qatıb.
