“İnter”də yeni hücumçu
01.07.2023 , 17:37

“İnter” sıralarına yeni futbolçu qatıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi fransalı hücumçu Markus Türamı transfer edib.
O, “İnter”ə azad agent kimi keçib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
