“İnter”də yeni futbolçu
07.07.2023 , 08:59

“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, klub “Sassuolo”dan yarımmüdafiəçi Davide Frattezini icarəyə götürüb.
Müqaviləyə görə, “İnter” onu birdəfəlik də transfer edə bilər. Frattezinin 1 illik icarəsi üçün 6 milyon, birdəfəlik transferi üçün isə 25 milyon avro ödəniləcək.
