“İnter” klubu gürcüstanlı futbolçu Aleksnadr Amisulaşvili ilə güclənib.
Korner.az-ın məlumatına görə, bu gün Amisulaşvili ilə 1 illik müqavilə bağlanıb.
“İnter”in prezidenti Georgi Nikolov futbolçuya yeni komandada uğurlar arzulayıb. Oyunçu isə “İnter”ə keçidi haqqında bunu deyib:
“Sevinirəm ki, bu komandaya keçdim. “İnter”in sıralarına qoşulduğum ilk gündən hər şey xoşuma gəldi. Komandanın çox mehriban kollektivi var. Çox istərdim ki, avrokuboklarda və ölkə çempionatında yaxşı çıxış edək. Yeni komandama uğur qazanmaq üçün öz köməyimi əsirgəmiyəcəyəm”.
