“Bakı” ilə oyunda “İnter”in hücumçusu Baçana Tsxadadzenin ağır zədə alması barədə məlumat vermişdik.
Korner.az-ın məlumatına görə, gürcü forvard artıq xəstəxanadan evə buraxılıb.
Müayinə zamanı Baçananın alt-çənə sümüyündə sınıq aşkarlanıb. Həmçinin ona ikinci dərəcəli kəllə-beyin silkələnməsi diaqnozu qoyulub. Kaxaber Tsxadadzenin oğlu bu səbəbdən 2013-cü ildə meydana çıxmayacaq.
