“İnter”də şok itki
23.12.2025 , 17:30
“İnter” Anj-Yoan Bonninin zədəsi ilə bağlı itki verib.
Korner.az xəbər verir ki, fransalı hücumçu məşq zamanı sol dizindən xəsarət alıb.
Klubun açıqlamasında bildirilir ki, aparılan tibbi müayinələr nəticəsində oyunçunun diz bağlarında dartılma olduğu göstərilib.
Bonni cari mövsümdə bütün turnirlər üzrə 20 matçda 11 qol ötürməsində (5 qol, 6 assist) iştirak edib.