“İnter”in Topaz Premyer Liqasının XXI turunda qarşılaşacağı “Simurq”la oyun öncəsi itkiləri var.
Korner.az-ın məlumatına görə, “bankirlər” sabah baş tutacaq qarşılaşmada Vaqif Cavadovla Brüs Abdulayenin xidmətindən məhrumdu.
Həmin futbolçular cəzalı duruma düşüblər. Bundan başqa, komandanın digər üzvünün – Ruslan Əmircanovun da Zaqatalada meydana çıxması sual altındadı. Əmircanov sonuncu görüşdən sonra zədəli olduğundan, məşqlərdə iştirak edə bilməyib.
Qeyd edək ki, “İnter” Zaqatalaya qatarla yola düşüb. Cari mövsüm ilk dəfə bu şəhərdə baş tutacaq “Simurq” – “İnter” matçı saat 15.00-da başlayacaq.
