Bakı “İnter”inin prezidenti postunda dəyişiklik edilib.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, “bankirlər”in Müşahidə Şurasının qərarı ilə Rəşad Qasımov klubun prezidenti vəzifəsinə təyin olunub.
Klub rəhbərliyi sabiq prezident Georgi Nikolova “İnter”in inkişafında göstərdiyi xidmətlərə və əldə olunmuş nailiyyətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
