Noyabr ayının 20-də “İnter”in Müşahidə Şurasının iclası keçiriləcək.
Korner.az-ın məlumatına görə, iclasda klubun idman departamentinin strukturu nəzərdən keçiriləcək və növbəti 5 il üçün iş planı müzakirə olunacaq.
Müşahidə Şurasının iclasında “İnter”in fəxri prezidenti Cahangir Hacıyev və klubun prezidenti Georgi Nikolov iştirak edəcəklər.
