“İnter”də ciddi itki
29.04.2025 , 12:30

“İnter” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın futbolçusu Benjamen Pavard sıradan çıxıb.
Müdafiəçi həftəsonu “Roma” ilə keçirilən oyunda (0:1) sol topuq nahiyəsindən zədələnib.
O, Çempionlar Liqasında “Barselona”ya qarşı keçirilən ilk yarımfinal oyununda iştirak etməyəcək.
Aprelin 30-da keçiriləcək “Barselona” – “İnter” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
