“İnter”də ciddi itki
17.10.2019 , 11:04
“İnter”in hücumçusu Aleksis Sançes üç ay yaşıl meydanlardan uzaq qalacaq.
Çili millisinin heyətində Kolumbiya ilə yoxlama matçında (0:0) zədələnən futbolçunun sol ayaq biləyində tendonların yerindən çıxdığı aşkarlanmışdı. 30 yaşlı hücumçu əməliyyat ediləcək.
“İnter” Sançesi yayda “Mançester Yunayted”dən bir illik icarəyə götürüb. O, “göy-qaralar”da 4 oyuna 1 qol vurub.
