“İnter”də ciddi itki
12.12.2025 , 20:30
“İnter” ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, müdafiəçi Françesko Açerbi sıradan çıxıb.
Bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
İtaliyalı oyunçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunda “Liverpul”la keçirilən matçda (0:1) zədələnib və təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq. 37 yaşlı mərkəz müdafiəçisi bu mövsüm “İnter”in heyətində 14 oyuna çıxıb və 1 qol ötürməsi edib.