Ötən bazar “Rəvan”la (2:0) qarşılaşmadan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze yetirmələrinə bir günlük istirahət vermişdi.
Korner.az-ın məlumatına görə, artıq Tsxadadze komandanı bir yerə yığıb.
Dünən “Şəfa” stadionuna toplaşan komanda bərpa məşqinə çıxdı. Bu gün isə plana uyğun olaraq iki məşq keçiriləcək.
