“İnter”də ayrılıq
30.06.2023 , 16:41

İtaliyalı futbolçu Danilo Dambrosio “İnter”dən ayrılıb.
Korner.az xəbər verir ki, 34 yaşlı müdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.
Müdafiəçi 2014-cü ilin yanvarından “İnter”də çıxış edirdi. O, ötən mövsüm A Seriyasında 15 oyuna çıxıb.
