“İnter”in əvəzedici heyəti 4 yeni futbolçuyla müqavilə imzaladı.
Korner.az-ın məlumatına görə, MOİK klubunun üzvü Eyyub Əliyev komandamızda icarə əsasında oynayacaq. Gənc qapıçıyla müqavilənin müddəti cari mövsümün sonunədək davam edəcək. Qalan 3 futbolçular “İnter”in U-17 və U-19 komandalarında oynayan Teymur Kamal və Nəriman Hüseynov, həmçinin Kərim Əliyevdir. Bu oyunçularla müqavilə müddəti 3 il təşkil edir.
Qeyd edək ki, bu qış komanda 5 futbolçuyla yollarını ayırdı. Belə ki, əvəzedici heyəti Rəsul Teymurxanlı Fuad İslamzadə, Fuad Cəlilov və Elvin İsmayılov tərk etdilər.
Əlavə edək ki, klub yeni futbolçuların adlarını PFL-ə təqdim etmişdir və onlar komandanın növbəti oyunlarında meydana çıxa biləcəklər.
