"İnter" "Turan"la oyunun hazırlıqlarına start verdi
Noyabr ayının 12-də baş tutmuş AZAL ilə matçdan sonra Kaxaber Sxadadze futbolçularına 1 günlük istirahət vermişdi.
Korner.az-ın məlumatına görə, dünən “Şəfa” stadionunda toplaşan “İnter” Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Turan”a qarşı keçiriləcək matça hazırlaşır. “Bankirlər” bu gün axşam növbəti məşqinə çıxacaq.
Qeyd edək ki, “İnter” – “Turan” matçı noyabrın 18-də keçiriləcək. Oyun “Şəfa” stadionunda baş tutacaq.
