İtaliyanın "İnter" klubunun dünənki məşqində xoşəgəlməz olay yaşanıb.
Korner.az-ın məlumatına görə, "neradzurra"nın baş məşqçisi Andrea Stramaççoni ilə hücumçu Antonio Kassano məşqdə əlbəyaxa olublar. Münaqişənin böyüməsinə futbolçular imkan verməyib.
Klub prezidenti Massimo Morattinin bazaya gələrək hər iki şəsxlə söhbət edəcəyi bildirilir.